Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şərəfli tarix yazan Müzəffər Ali Baş Komandan

0

  •         Azərbaycan xalqı özünün mərdliyi, mərhəməti, qonaqpərvərliyi  ilə həmişə yüksəklərdə olmuşdur. Əsrlərlə bu
    xüsusiyyətlər bəzən kimlər tərəfindənsə 
    xalqımıza  qarşı nankorluqla
    cavablandırılmışdır. Sovetlər dövründə Azərbaycanın dilbər guşələrində məskunlaşan
    ermənilər onlara yaradılan münbit şəraitdə çox rahat yaşayırıdlar. Lakin
    onların milli xəstəliyi olan ərazi, torpaq iddiası xaricdə yaşayn erməni lobbilərinin
    və Ermənistanın kütbeyin rəhbərlərinin dəstəyi ilə 1988-ci ildə yenidən meydana gəldi.

    Bu o vaxt baş verdi ki, Ulu Öndər Heydər Əliyev
    1987-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa vermişdir. Bundan sui - istifadə edən erməni akademik Aqanbekyan və başqa dırnaqarası millət fədailirəi erməni
    xalqını güya ağ günə çıxaracaq. Bunun üçün keçmiş DQMV-nin Ermənistana birləşməsi
    məsələsini qaldıraraq kütləni meydanlara yığaraq hayastan miatsum deyərəkqışqırdılar. Hadisələrin gedişi  Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunmasına gətirib çıxartdı. Onlar başa
    düşmədilər ki, özlri ermənistanı blokada şəraitinə saldılar. Onsuzda Moskvadan dotasiya alıb yaşayan bir ölkənin iqtisadiyyatı sıfır səviyyəsinə endi. Azərbaycan xalqı öz torpaqlarının işğal altında 
    qalması ilə heç cür razılaşa bilməzdi.    
    İyirmi il bundan əvvəl 15 oktyabr 2003-cü ildə xalqın yetgilliyi ilə yüksək səs və dəstək
    qazanan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndərin siyasi kursunun  layiqli davamçısı İlham Əliyev prezident kimi and içən vaxt müqəddəs Qurani Kərimə və Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq Azərbaycan xalqının və dövlətçiliyinin
    qorunmasında, möhkəmləndirilməsində var gücünü əsirgəməyəcəyini demişdir. Müstəqillik
    rəmzi deyil, ölkənin iqtisadi və siyasi cəhətdən güclü olmasından asılıdır.
    Möhtəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq Ermənistan
    dövləti Azərbaycan torpaqlarını azad etmək fikri ilə razılaşmadı. Otuz ilə yaxın bir müddətdə işğal altında inləyən torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin “irəli” əmri ilə Silahlı Qüvvələrimiz tərəfindən əks hücum əməliyyatı keçirilməsi nəticəsində işğaldan azad edildi. 10 noyabr 2020-ci il tarixindən sonra Xankıəndi və ətraf ərazilər barədə  Müzəffər Ali Baş
    Komandan İlham Əliyevə sual verənlərə nəyin nə zaman baş verəcəyini mən bilirəm
    demişdir. Həqiqətən belə də oldu. 15 oktyabr 2023-cü ildə qalib Prezident İlham
    Əliyev Xankəndinin mərkəzində üç rəngli, ay-ulduzlu Azərbaycan bayrağını ucaldaraq xalqa müraciət etdi. Azərbaycan xalqını və dövlətini təhdid edənlər
    öz cəzalarına çatıb və çatacaq. Bakıya yeriyəcək erməni tankları həqiqətən gəldi,
    lakin qənimətlər parkına gətirildi. Bakıda çay içəcəklərini söyləyən  dırnaqarası prezidentlər – təlxəklər istintaq təcridxanasınada çay içərək ədalət məhkəməsi qarşısında cavab verməli oldular. Mən öz fikrimi ifadə edərək deyərdim ki, “miatsum”-
    “birləşək” qışqıran erməni separatçıları Azərbaycan torpaqlarından çıxaraq arzularına çatıb ermənistana gedərək birləşdilər. 19 sentyabr 2023-cü il tarixində iyirmi dörd saat tamamlanmamış antiterror əməliyyatı nəticəsində Xankəndi və ətraf ərazilər separatçılardan təmizlənərək öz sahibini – Xanı qarşıladı. Allah cəmi şəhidlərimizə
    rəhmət eləsin, Cənnətdəki məqamları uca olsun. Bundan sonra Azərbaycan xalqının
    ümdə vəzifəsi  Müzəffər Ali Baş Komandan
    İlham Əliyevin ətrafında sıx birləşərək dinc quruculuq, elmi inkişaf, güclü
    iqtisadiyyat, vətənpərəvrlik, şir ürəkli-dəmir biləkli oğulları olan silahlı
    qüvvələri inkişaf etdirmək olacaqdır. Yaşasın ulu tarixə malik Azərbaycan xalqı! Yaşasın
    Müzəffər Ali Baş Komandan İlham Əliyev! Qarabağ Azərbaycandır!
    Aydın HƏSƏNOV,
    Xocali rayon ziyalısı













    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib62 dəfə
    Şərəfli tarix yazan müzəffər ali baş komandan

    Maraqlı gələ bilər
    98
    70
    53